Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.30.2025 | 15:47 | Baxılıb: 2049
Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsinin 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah 06:00-dan 23:00-a qədər həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“love.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

“Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.