Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.31.2025 | 14:02 | Baxılıb: 1827
Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“love.az"in məlumatına görə, hadisə rayon mərkəzində, Abbasağa Azərtürk küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Opel” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində “VAZ-2107” markalı nəqliyyat vasitəsində sərnişin qismində olan 3 yaşlı Nazlı Vahibzadə ölüb. Həmin maşında olan 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon xəstəxanasına hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.

***

Cəlilabad rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi bilinib.

Onlar ölən uşağın valideynləri Vüsal Vahibov və Xoşbəxt Vahibovadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Surxay Şahbazov

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.