Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Şuşanın dağları”nı Xan Şuşinski ilə oxudu - Video
 
						“Şuşanın dağları”nı Xan Şuşinski ilə oxudu 
							 - Video
Əlavə olunub: 05.13.2024 | 14:31 | Baxılıb: 5673
Xalq artisti Zülfiyyə Xanbabayeva Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada keçirilən “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib.

“love.az” xəbər verir ki, müğənni tədbirdə “Şuşanın dağları” mahnısını yeni versiyada oxuyub.

Belə ki, mahnıda “Şuşanın dağları”nın ilk ifaçısı Xan Şuşinskinin də səs yazısı yer alıb. Xanbabayeva onunla virtual duet ifa edib. 

“Xan əmi... Neçə nəsillərə miras qoyduğunuz əvəzsiz əsərinizi illər sonra Sizinlə Şuşada ifa etməyimlə qürur duyur və ruhunuz qarşısında baş əyirəm”, - deyə müğənni instaqram hesabında yazıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.