Love.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.15.2025 | 09:28 | Baxılıb: 3414
Gecə saatlarında Abşeron rayonunda qətl hadisəsi törədilib.

“love.az” xəbər verir ki, saat 03 radələrində Xırdalan şəhəri ərazisindəki parkda gənc oğlan bıçaqlanıb.

Xəstəxanaya çatdırılan şəxsin öldüyü məlum olub.

İlkin araşdırmalarla qətlə yetirilən şəxsin 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Elmir Şakir oğlu Axundov olması müəyyən edilib.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.

***

Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

***

Abşeron Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, oktyabrın 15-i saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.