Son xəbərlər
Son xəbərlər

Qədim türkəçarə üsullarından biri olan ÇILDAQ

Qədim türkəçarə üsullarından biri olan ÇILDAQAzərbaycanın müxtəlif bölgələrində qorxuya düşən uşaq və ya böyüklərin sağalması üçün tətbiq olunan qədim türkəçarə üsullarından biri də çıldaqdır.

Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, o insanın bədəninə və ruhuna düşən qorxunun, həyəcanın və ya mənfi enerjinin götürülməsi üçün edilir. Çıldaq mərasimində su, od, duz, iynə və ya dəmir parçası kimi vasitələrdən istifadə edilir. Qorxunun insandan çıxarılması üçün dua oxunur, suya baxaraq müəyyən sözlər deyilir və ya xüsusi şəkildə od üzərində dualar tələffüz olunur.

Bəzən çörək və ya paltar vasitəsilə qorxu simvolik olaraq insandan götürülüb külə, axar suya və ya torpağa verilir. Burada məqsəd insanın içindəki gərginliyi təmizləyərək, onu ruhi tarazlığa qaytarmaqdır. Bu kimi mərasimlər elmi baxımdan tibbi müalicə üsulu sayılmır. Çıldaq praktikası xalqın təbiətə, inanclara və enerji tarazlığına dair qədim dünyagörüşünün təzahürüdür.

Qədim türkəçarə üsullarından biri olan ÇILDAQQədim türkəçarə üsullarından biri olan ÇILDAQQədim türkəçarə üsullarından biri olan ÇILDAQ


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 392   Tarix: 24 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ana Sehife