Son xəbərlər
Son xəbərlər

Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib

Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilibErmənistanda Dövlət Gəlirləri Xidmətinin əməkdaşı həbsxana binasından 590 min dollar oğurlamaqda şübhəli bilinərək həbs edilib.

Bu barədə "Report" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, binadan 590 min ABŞ dolları oğurlamaqda şübhəli bilinən 3 nəfər tutulub. Onlardan biri xidmətin əməkdaşıdır.

Oğrunu öz avtomobili ilə İrəvanın Saryan küçəsindən, Baş Poçt İdarəsinin binası yaxınlığında aparan xidmətin əməkdaşı olub.

Bundan əvvəl Korrupsiyaya qarşı Mübarizə Komitəsi uzun müddət hazırlanmış və planlaşdırılmış mənimsəmə faktı üzrə cinayət işinin üstünün açıldığını, qrup üzvlərinin kimliyinin, onların rollarının, habelə oğurluq mexanizminin və pulların saxlandığı yerlərin müəyyən edildiyini bildirmişdi. Aparılan axtarışlar və digər prosessual hərəkətlər nəticəsində oğurlanmış 590 min ABŞ dollarının böyük hissəsi – 578,8 min dolları aşkar edilərək götürülüb.

Həbs olunan şəxslər cinayətlərini etiraf ediblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 234   Tarix: 24 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ana Sehife