Son xəbərlər
Son xəbərlər

Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb

Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıbTürkiyə təmsilçisi "Eyüpspor"un baş məşqçisi Arda Turan klubdan ayrılıb.

"Report" xəbər verir ki, bu barədə mütəxəssis Superliqanın XXXVII turunda "Antalyaspor"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Bu, mənim "Eyüpspor"dakı sonuncu oyunum idi. Komandanın baş məşqçi postundan ayrılıram. 3-4 seçim şansım var, qarşıdakı günlərdə hər şeyə aydınlıq gələcək", - deyə A.Turan söyləyib.

Qeyd edək ki, Arda Turan 2023-cü ildən "Eyüpspor"u çalışdırırdı.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 213   Tarix: 24 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ana Sehife