Son xəbərlər
Son xəbərlər

"Rəbbim, məni bağışla"

"Rəbbim, məni bağışla"Adını "Ye" olaraq dəyişən dünyaca məşhur reper Kanye Uest bundan əvvəl verdiyi mübahisəli bəyanatlardan geri çəkilib.

Axşam.az xəbər verir ki, bu barədə reper X sosial şəbəkədəki səhifəsində şəxsi bloqunda məlumat verib.

"Antisemitizmdən qurtardım. Bütün insanları sevirəm. Ya Rəbbim, çəkdiyim bütün ağrılara görə məni bağışla" deyə, sənətçi yazıb. Amma onun bu sözləri tənqidə səbəb olub.

Son günlər hər yerdə tənqid edilən reper yenə hədəf olub. Mayın əvvəlində sənətçinin britaniyalı teleaparıcı Pirs Morqanla müsahibəsi cəmi 2 dəqiqə çəkib. Bundan başqa, keçmiş həyat yoldaşı Kim Kardaşyanla qalmaqal, hazırda təcavüzdə ittiham olunduğu üçün həbsdə olan P.Diddini dəstəkləyən təxribat xarakterli açıqlamalar və digər qalmaqallı müsahibələr onun reputasiyasına xələl gətirib.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 392   Tarix: 24 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ana Sehife