Son xəbərlər
Son xəbərlər

Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyil

Britaniya XİN başçısı: Rusiyanın Kiyevə hücumu sülh axtaran ölkənin hərəkətləri deyilBöyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ötən gecə Kiyevin kütləvi atəşə tutulmasına münasibət bildirib.

"Report" xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Dünən gecə Rusiya 14 raket və yüzlərlə pilotsuz təyyarə ilə Ukraynaya hücum etdi. Ukraynanın dinc sakinləri üçün daha bir terror gecəsi, daha çox yaralılar və dağılan evlər. Bu, sülh istəyən ölkənin hərəkəti deyil", - Lemmi bildirib.

Qeyd edək ki, mayın 24-ü gecədən səhərə kimi Ukrayna 250-dən çox "Şahed" kamikadze pilotsuz uçuş aparatı və 15 ballistik raketdən istifadə olunmaqla kütləvi hava zərbələrinə məruz qalıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 220   Tarix: 24 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ana Sehife