Son xəbərlər
Son xəbərlər

Ukrayna məhkəməsindən Dağıstan rəhbəri ilə bağlı HƏBS QƏRARI

Ukrayna məhkəməsindən Dağıstan rəhbəri ilə bağlı HƏBS QƏRARIUkraynanın Çernovitski Rayon Məhkəməsi Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikovu qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib. Buna səbəb onun Rusiya tərəfindən hərbi əməliyyatların iştirakçılarına fəal dəstək verməsi olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin Çernovitski vilayəti üzrə idarəsi "Facebook" səhifəsində məlumat verib.

Məlumata görə, Melikov Ukraynanın ərazi sərhədlərinin dəyişdirilməsinə yönəlmiş hərəkətlərin maliyyələşdirilməsi maddəsi üzrə təqsirli bilinib.

Ukrayna hüquq-mühafizə orqanları xüsusilə vurğulayırlar ki, Dağıstanın rəhbəri Rusiya Federasiyası Silahlı Qüvvələrinə "hərtərəfli dəstək" verir və respublika sakinlərini də ondan nümunə götürməyə çağırır:

"2020-ci ilin oktyabrından Dağıstana rəhbərlik edən Sergey Melikov həqiqətən də irimiqyaslı humanitar yardım proqramı təşkil edib. Respublika başçısının mətbuat xidmətinin martın 23-də dərc etdiyi məlumata görə, Dağıstandan müharibə iştirakçılarına göndərilən humanitar yardımın həcmi artıq 25 min tonu ötüb".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 190   Tarix: 25 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ana Sehife