Son xəbərlər
Son xəbərlər

Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ

Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİBu gün səhər saatlarında Gədəbəy rayonunun Kələman kəndində quldurluq hadisəsi baş verib.

Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, saat 06 radələrində naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 1951-ci il təvəllüdlü Zeynəb Nağıyevanın evinə daxil olublar.

Qadının başına un kisəsi keçirilərək, ona küt alətlə zərbələr endirilib və evdəki pulların yerini deməsi tələb edilib. Z.Nağıyevaya məxsus 6 min manat və pensiya kartından çıxardığı məbləğ götürülüb.

Kənd sakinləri 74 yaşlı qadını əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat veriblər.

Onurğa sümüyünün və qabırğaların sınığı, kəllə-beyin travmaları alan ahıl qadın Gəncədəki xəstəxanaya aparılıb.

DİN in Mətbuat Xidmətinin Gəncə regional qrupunun inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Z.Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra o, tənha yaşayırmış.

Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1652   Tarix: 24 may 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ana Sehife