Son xəbərlər
Son xəbərlər

Veteranları təhqir edən bloger qızı meşədə soyundurub döydülər, VİDEOya çəkib yaydılar - ŞOK

Veteranları təhqir edən bloger qızı meşədə soyundurub döydülər, VİDEOya çəkib yaydılar - ŞOKRusiyanın Moskva vilayətində (Podmoskovye) qalmaqallı hadisə baş verib.

Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bir blogerin ağaca bağlanaraq döyüldüyü əks olunub. Yerli media və Telegram kanallarında yayılan xəbərlərə görə, döyülən şəxs müharibə veteranlarını təhqir etdiyi üçün "cəzalandırılıb".

Məlumata görə, adı açıqlanmayan bu bloger qız sosial şəbəkələrdə veteranlar haqqında nalayiq ifadələr işlədib. Bundan sonra naməlum şəxslər onu taparaq meşəlik əraziyə aparıblar, ağaca bağlayıb əvvəlcə təhqir, sonra isə fiziki zorakılığa məruz qoyublar. Kadrlarda qızın qorxu içində olduğu, əllərinin və ayaqlarının ağaca bağlandığı, daha sonra isə donunu qaldıraraq, ağacla döyüldüyü, bu zaman isə dəhşətlə bağırdığı görünür.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının hər hansı rəsmi açıqlaması yoxdur. Bununla belə, videonun qısa variantı artıq onlarla Telegram kanalında yayılıb və geniş müzakirələrə səbəb olub.

Rusiya mediası bildirir ki, bu hadisə cəmiyyətin müəyyən təbəqələri tərəfindən "vətənpərvərlik cəzası" kimi qiymətləndirilsə də, hüquqşünaslar bunun açıq-aşkar qanunsuzluq və özbaşınalıq olduğunu vurğulayırlar.

Hadisənin detalları, eləcə də döyülən blogerin sağlamlıq durumu barədə məlumatlar dəqiqləşdirilir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 826   Tarix: 12 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife