Son xəbərlər
Son xəbərlər

Xamenei: "İran ABŞ-nin Yaxın Şərqdəki mühüm obyektlərini vura bilər"

Xamenei: "İran ABŞ-nin Yaxın Şərqdəki mühüm obyektlərini vura bilər"İranın Ali Rəhbəri Əli Xamenei bildirib ki, Tehran regiondakı ABŞ hərbi obyektlərinə çatmaq və zərbə endirmək imkanına malikdir.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o, özünün "X" hesabındakı paylaşımında qeyd edib.

"İslam Respublikası Əl-Udeyd aviabazasına hücum edərək Vaşinqtonun üzünə şillə vurdu. İranın regiondakı ABŞ-nin mühüm mərkəzlərinə çıxışının olması və lazım gəldikdə hərəkətə keçə bilməsi sadəcə kiçik hadisə deyil, ciddi və təkrarlana biləcək məsələdir", - deyə Xamenei vurğulayıb.

Qeyd edək ki, Əl-Udeyd aviabazası ABŞ-nin Qətərdə yerləşən ən böyük hərbi bazalarından biridir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 326   Tarix: 12 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife