Son xəbərlər
Son xəbərlər

Trampın rüsum siyasəti öz bəhrəsini verir

Trampın rüsum siyasəti öz bəhrəsini verirİyun ayında ABŞ-də gömrük rüsumlarından daxilolmalar ilk dəfə maliyyə ilində 100 milyard dolları ötüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ Maliyyə Nazirliyinə istinadla xəbər verir.

ABŞ büdcəsində ayın yekunları üzrə 27 milyard dollar həcmində profisit yaranıb. Beləliklə, rüsumlar federal hökumətin gəlirlərinin əhəmiyyətli hissəsini təşkil etməyə başlayır.

ABŞ-nin maliyyə naziri Skott Bessent "X" sosial şəbəkə hesabında deyib ki, ABŞ Trampın tarif proqramının bəhrələrini alır.

Qeyd edək ki, ABŞ-də federal hökumətin maliyyə ili oktyabrın 1-dən sentyabrın 30-dək davam edir. Tramp ikinci dəfə prezident seçildikdən sonra sərt tarif siyasəti kursunu seçib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 224   Tarix: 12 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife