Son xəbərlər
Son xəbərlər

Texasda azı 120 nəfərin həyatına son qoyan daşqınlar özü ilə daha bir ölümcül fəlakət gətirib

Texasda azı 120 nəfərin həyatına son qoyan daşqınlar özü ilə daha bir ölümcül fəlakət gətiribTexasda daşqından sonra yaranan çirkli su təbii fəlakətdən sağ çıxanlar üçün təhlükə yaradır.

Oxu.Az xəbər verir ki, bu barədə ABC telekanalı ekspertlərə istinadən məlumat yayıb.

Bildirilib ki, yağış suyu özü-özlüyündə təhlükəli olmasa da, leysan yağışlar su hövzələrinin daşmasına, kanalizasiya və septik sistemlərin həddindən artıq yüklənməsinə səbəb olub.

Ekspertlərdən birinin sözlərinə görə, bu çirkli suyun tərkibində təhlükəli miqdarda bakteriyalar, kimyəvi maddələr, tullantılar və digər zərərli elementlər mövcuddur. Bu isə uzunmüddətli sağlamlıq riskləri yaradır.

Xüsusilə kənd və fermer təsərrüfatlarının yerləşdiyi ərazilərdə sel suları daha təhlükəlidir. Çünki kənd təsərrüfatı heyvanlarının nəcis ifrazatları yaşayış evlərinə daxil ola və bu da bakteriyaların çoxalması üçün ideal mühit yarada bilər. Belə su ilə təmas zamanı yalnız dəri qıcıqlanması deyil, suyun kəsik və yaralara daxil olması halında ciddi infeksiyalar, hətta qan zəhərlənməsi (sepsis) yarana bilər. Bundan əlavə, çirkli suyun orqanizmə düşməsi mədə-bağırsaq pozğunluqlarına səbəb olur.

Xatırladaq ki, iyulun 4-də başlayan daşqınlar ştatın altı dairəsini əhatə edib. Təbii fəlakət güclü leysan nəticəsində baş verib. Hadisə nəticəsində azı 120 nəfər həyatını itirib, 172 nəfər isə hələ də itkin düşmüş hesab olunur. Ən çox zərər çəkmiş ərazi Karr dairəsidir - orada 36-sı uşaq, azı 95 nəfər həlak olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 146   Tarix: 13 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife