Son xəbərlər
Son xəbərlər

Türkiyədə Ərdoğana hədiyyə edilən şir balalarına ad axtarılır

Türkiyədə Ərdoğana hədiyyə edilən şir balalarına ad axtarılırTürkiyə xalq səsverməsi ilə Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən üç şir balası üçün ad axtarır.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, onlar 2018-ci ildə Sudanın keçmiş Prezidenti Ömər əl-Bəşirin Türkiyə liderinə hədiyyə etdiyi Sultan və Nil adlı aslanların balalarıdır.

Artıq ay yarımlıq olan bala aslanlar Qaziantep Təbiət Parkındadır. Təbiət Parkının yeni sakinlərinin adları sosial şəbəkələrdə keçirilən sorğunun nəticələrinə əsasən müəyyən olunacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 260   Tarix: 13 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife