Son xəbərlər
Son xəbərlər

​"WhatsApp" TAMAMİLƏ DƏYİŞDİ - Hər kəsdə fərqli olacaq

​"WhatsApp" TAMAMİLƏ DƏYİŞDİ - Hər kəsdə fərqli olacaq"WhatsApp" iOS istifadəçiləri üçün yenilik üzərində işləyir.

Metbuat.az xəbər verir ki, yeni funksiya əsasında istifadəçilər süni intellektdən istifadə edərək divar kağızı yarada bilərlər. Məlumata görə, yeni funksiya hazırda məhdud istifadəyə verilib. Yenilik "WhatsApp"ın iOS istifadəçiləri üçün beta versiyasında istifadəyə verilib. Yeni funksiyadan istifadə etmək üçün söhbət mövzusu parametrlərində "AI ilə yaradın" seçiminə tıklanılmalıdır. Bu seçimə klikləməklə istifadəçiyə əmr və ya mətn daxil etmək təklif edilir.

Bu əmrlə istifadəçinin "WhatsApp" fonuna uyğun şəkil yaradılır və yaradılmış şəkil istifadəçiyə göndərilir. Bu, hər kəsə "WhatsApp"ı AI dəstəyi ilə fərdiləşdirməyə imkan verir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 6832   Tarix: 13 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife