Son xəbərlər
Son xəbərlər

"Anamın sözlərini eşidəndə tüklərim biz-biz oldu"

"Anamın sözlərini eşidəndə tüklərim biz-biz oldu""Anamın müsahibəsini eşitdim və tüklərim biz-biz oldu. Bu, böyük məsuliyyətdir. Gərək üzərimdə yaxşı çalışım, anamın dediklərini təsdiqləyim".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə Kazımova "Afaqla 10lar" verilişində deyib. Pop kraliçanın onun haqda dediyi "İlqarə oxusa, gərək mən də bir neçə ilə çəkilim kənara" sözlərinə ifaçı belə reaksiya verib.

İlqarə şəxsi həyatı ilə bağlı sualları da cavablandırıb:

"Gözəl və məsuliyyətli hissdir. Hələ evlilik haqda düşünmürəm. Həyatımda da kimsə yoxdur. Yalnız işimlə məşğulam. Ailəm toplaşanda deyir, inşallah, İlqarənin toyunda. Əvvəl deyirdim, ana, yox. Amma hər adam kimi mən də istəyirəm həyatımda kimsə olsun. Hər şeyin vaxtı var, qismət məni tapar".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 502   Tarix: 13 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife