Son xəbərlər
Son xəbərlər

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldüBir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.

Oxu.Az xəbər verir ki, 1958-ci il təvəllüdlü şəhər sakini Şəfaət Musayev bu gün səhər saatlarında Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində dünyasını dəyişib. O, hadisə zamanı aldığı ağır yanıq xəsarətləri səbəbindən paytaxta təxliyə olunmuşdu.

Xatırladaq ki, hadisə iyulun 4-də Gəncənin Nizami Gəncəvi prospektində yerləşən fərdi yaşayış evlərinin birində baş verib. Partlayışla müşayiət olunan yanğın zamanı ev sahibi - Ş.Musayev ciddi yanıq xəsarətləri alaraq əvvəlcə Gəncə şəhərindəki xəstəxanaya yerləşdirilmiş, daha sonra isə vəziyyətinin ağır olması səbəbi ilə Bakıya aparılmışdı.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 272   Tarix: 12 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife