Son xəbərlər
Son xəbərlər

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: Arvadına maşın verdi, polis hər ikisini saxladı

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: Arvadına maşın verdi, polis hər ikisini saxladıSumqayıt şəhərində dəniz sahilində avtomobillə təhlükəli hərəkət edən şəxslər polis əməkdaşları tərəfindən aşkar edilərək məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin Oxu.Az-a verdiyi məlumata görə, insanların dinc istirahət etdiyi yerdə sürücülük hüququ olmayan qadın "Hyundai" markalı, 77-LT-810 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən qadın və onun həyat yoldaşı ilə birlikdə polis şöbəsinə dəvət olunublar.

Aparılan araşdırma zamanı məlum olub ki, avtomobil qadına sürücülük bacarıqlarını öyrətmək məqsədilə verilib.

Hər iki şəxs öz izahatlarında törətdikləri qanun pozuntusuna görə peşiman olduqlarını ifadə ediblər.

Faktla bağlı onların hər ikisi barəsində qanunvericiliyə uyğun inzibati protokollar tərtib edilib.

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: Arvadına maşın verdi, polis hər ikisini saxladı


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 766   Tarix: 13 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ana Sehife