. Love.az

Cerkez Mecid - Wikipedia - Love.az

Ana Səhifə - Cerkez Mecid

Məcidov Çərkəz Müğdət oğlu (Çərkəz Məcid) (1937, Böyük Mərcanlı, Cəbrayıl rayonu – 1990) — şair, yazıçı, tənqidçi, müəllim, dissident.

ÇƏRKƏZ MƏCİD
Çərkəz Müğdət oğlu Məcid
Çərkəz Məcid 1980-ci illərdə
Çərkəz Məcid 1980-ci illərdə
Doğum tarixi 19 mart 1937
Doğum yeri Böyük Mərcanlı, Cəbrayıl
Vəfat tarixi 9 yanvar 1989 (51 yaşında)
Vəfat yeri Cəbrayıl
Vəfat səbəbi Beyin qansızması
Vətəndaşlığı SSRİ SSRİ  Azərbaycan SSR
Milliyyəti Azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
İxtisası filoloq
Fəaliyyəti şair
Fəaliyyət illəri 1960-1989
Əsərlərinin dili Azərbaycan dili
İstiqamət nəsr
Janr uşaq ədəbiyyatı
İlk əsəri "Ağ çiçəklər" (1973)

Mündəricat

  • 1 Həyatı
    • 1.1 Yaradıcılığı
  • 2 İstinadlar
  • 3 Xarici keçidlər

Həyatı

redaktə

Çərkəz Məcid 1937-ci ilin payızında Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində ruhani ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1956). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1956–1960). Əmək fəaliyyətinə Böyük Mərcanlı kəndində müəllim kimi başlamışdır.

Yaradıcılığı

redaktə

Bədii yaradıcılığa erkən başlasa da, 60-cı illərdən dövri mətbuatda öz şeirləri ilə çıxış etmişdir.[1] Onun poeziyasında uşaq şeirləri başlıca yer tutur: "Ağ çiçəklər" (1973), "İşıq telləri" (1984) şeir topluları bu cəhətdən diqqəti cəlb edir. Doğma yurda bağlılıq, vətən sevgisi, təbiətin əsrarəngiz gözəlliklərinə məhəbbət, ülvi təmizliyə, saflığa və doğruluğa çağırış onun doğma mövzuları olmuşdur. Yeri gəldikcə, özbaşınalığı, haqsızlığı və yaramaz halları satira atəşinə tutub ifşa etməkdən çəkinməmişdir. Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda qeyrətlə mübarizə aparmışdır. Bu göstərdiyi prinsipiallığına görə dövrü mətbuatında onun şeir və yazılarını o vaxtdaki yerli hakimiyyət çap etməyə böyük manələr yaradırdı. Ona görə çox çətinliklərlə yalnız 2 uşaq kitabı çap etdirə bilmişdi.

1989-cu ilin 6 yanvarında müəllimlərin Cəbrayıl rayonunda keçirilən müşavirəsində yaltaq sifətlilərin sovet başdılarının ona qarşı öyrədilmiş qərəzli çıxışlarından sonra çıxış etmək üçün tribunaya çıxmış əsəbi gərginlikdən sonra kəskin tənqidi çıxış etdiyi zaman beyininə qan sızma baş vermişdi. Xəstəxanaya yerləşdirildi və 3 gün sonra vəfat etdi.

İstinadlar

redaktə
  1. ↑ "Həbsxanalar da atalardan oğullara keçir". 2025-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-22.

Xarici keçidlər

redaktə
  • ÇƏRKƏZ MƏCİD şeirləri
  • Qolu bağlı dili bağlı millətim şeir ÇƏRKƏZ MƏCİD
  • Sözünü açıq de şeirin müəllifi ÇƏRKƏZ MƏCİD
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çərkəz_Məcid&oldid=7998639"
LOVE.AZ