Çalburun — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çalburun kənd inzibati ərazi dairəsində kənd.[2]
Çalburun | |
---|---|
40°30′22″ şm. e. 45°44′28″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Rayon | Gədəbəy rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1848 (2009) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ2135[1] |
Xəritəni göstər/gizlə
|
Dağətəyi ərazidədir. Keçmiş adı Govlu olmuşdur. 1903-cü ildə Govlu kəndi Çalburun adlanan dağ tirəsinin ətəyinə köçürülmüş və yeni yaşayış məntəqəsi də Çalburun adlandırılmışdır. Toponim çal (boz rəng) və burun (dağın çıxıntılı hissəsi) komponentlərindən düzəlib, "boz rəngli çıxıntı" mənasındadır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1848 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.