. Love.az

Carxaci - Wikipedia - Love.az

Ana Səhifə - Carxaci

Çarxaçı – Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Xaltan bələdiyyəsinin tərkibindədir[1].

Çarxaçu
40°56′57″ şm. e. 48°42′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 233 (2009) nəfər
Xəritəni göstər/gizlə
Çarxaçu xəritədə
Çarxaçu
Çarxaçu

Mündəricat

  • 1 Toponimikası
  • 2 Coğrafiyası
  • 3 Əhalisi
  • 4 Təhsil
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər
  • 7 İstinadlar

Toponimikası

redaktə

Çarxaçı oyk., sadə. Quba r-nunun Xaltan i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. XIX əsrin əvvəllərində Xaltan kəndindən ayrılmış ailələr tərəfindən salınmış bu kənd sahilində yerləşdiyi Çarxaçu çayının adını daşıyır.[2]

Coğrafiyası

redaktə

Carxacu Quba rayonu ərazisində çay. Gilgil çayının sağ qoludur. Hidronim carx (su üzərində qurulmuş dəzgah) və cu (tat dilində "ağac") sözlərindən düzəlib "üzərində ağacişləmə dəzgahı qurulmuş çay" mənasındadır[3].

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 233 nəfər əhali yaşayır. Kəndin əhalisini tatlar təşkil edir.[4]

Təhsil

redaktə

Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı[5] ilə Quba rayonu Çarxaçı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır[6].

Həmçinin bax

redaktə
  • Quba rayonu

Xarici keçidlər

redaktə
  • Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  5. ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az  (az.)
  6. ↑ "Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az  (az.)
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çarxaçı&oldid=7816893"
LOVE.AZ