Çaykənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Çaykənd kənd inzibati ərazi dairəsində kənd.[1] Kəndə xalq arasında Çay Alxaslı da deyilir.
Çaykənd | |
---|---|
![]() | |
40°08′06″ şm. e. 46°03′24″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.618 m |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
| |
![]() |
28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir.[2]
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.[3] Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.[4]
Tərtər çayının sahilində, dağətəyi ərazidədir.[5]
Kənd əhalisi 1856 qafqaz təqviminə görə, Azərbaycan dilində danışan kürdlərdən Alxasi tayfasına mənsubdur.