. Love.az

Cin Qirmizi Sami - Wikipedia - Love.az

Ana Səhifə - Cin Qirmizi Sami

Çin qırmızı şamı (lat. Pinus tabuliformis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.

Çin qırmızı şamı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çılpaqtoxumlular
Şöbə:
İynəyarpaqlılar
Sinif:
İynəyarpaqlılar
Yarımsinif:
İynəyarpaqlılar
Dəstə:
İynəyarpaqlılar
Fəsilə:
Şamkimilər
Yarımfəsilə:
Pinoideae
Cins:
Şam
Növ:
Çin qırmızı şamı
Beynəlxalq elmi adı
  • Pinus tabuliformis Carrière, 1867
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  822562
NCBI  88731
EOL  1059928

Mündəricat

  • 1 Botaniki xarakteristikası
  • 2 Sinonimləri
    • 2.1 Homotipik sinonimləri
  • 3 Yarımnövləri
  • 4 İstinadlar
  • 5 Həmçinin bax

Botaniki xarakteristikası

redaktə

25 m-ə qədər hündürlüyə çata bilir, çətiri genişdir, yastıdır, dirək gövdəsi çox qısadır, yoğundur (80 sm). Gövdəsinin qabığı tünd-boz rəngli, qırışlı, şırımlıdır, qırmızımtıl lövhəciklərlə qoparaq tökülür. Yoğun budaqların qabığı qırmızıdır, cavan zoğlar zəif narıncı, sarımtıl və ya açıq-bozumtul sarı rənglidir, əvvəlcə qrovla örtülüdür, sonra isə açıq-qəhvəyi çılpaqdır. Tumurcuqları uzunsov, itiuclu, (8–11 mm uzunluğunda), açıq-qəhvəyi rəngli, qatransız və ya zəif qatranlıdır. Pulcuqları sıxdır, qısılmışdır, qatransız və ya az qatranlıdır, ensizdir, kənarlardan saçaqlıdır. İynəyarpaqları düz və ya bir-birindən aralanandır, dəstələrdə əksərən 2, bəzi hallarda isə 2-3 ədəd zoğların ucunda olur, bərkdirlər. İynələrin uzunluğu 10-15 sm, nazikdir, itidir, kənarı narın dişlidir, əksər hallarda boz-yaşıl, boz-mavi rənglidir, ağızcıq xətləri hər 2 tərəfdə vardır, boruları 2 dəstəli, qatran kanalı kənarlarda və ya arada (ortada) epidermisdə yerləşir, konusvarıdır, itiucludur. Qını 6 mm uzunluqdadır, tökülmür. Qozaları qısa-ayaqcıqlı və ya oturaqdır, yumurtavarıdır, simmetrik və ya əyridir, 4-9 sm uzunluğunda, 2,5-3,0 sm enində, əvvəlcə açıq qəhvəyi, sonra isə açıq kürəni-sarı, tünd qəhvəyi rənglər arasında dəyişilir, bir neçə il ağac üzərində qala bilir, yəni bir neçə il tökülmür. Qalxancıq rombşəkillidir, bərk tillidir, küt və ya iti qabarıqlıdır. Toxumları yumurtavarı, 4–6 mm uzunluqda, 2–3 mm enində, tünd-qəhvəyi və ya bozumtul-qonuru rəngli, qanadı 20 mm uzunluqdadır. Bir kq-da 40 min toxum olur. 1000 ədəd toxumun kütləsi 25 q-dır. Cücərtilərin ləpəaltı hissəsi 35 mm-dək uzunluqda, 0,75 mm enində olmaqla çəhrayı-yaşıl rənglidir. Ləpələri 5-7 ədəddir, milvarıdır, 20–25 mm uzunluqda, 0,75 mm enindədir, ucdan sivridir, çılpaqdır. İlk yarpaqlar ləpələrə oxşayır. Ləpəüstü buğum zəifdir. Cücərtilər yaşılımtıl rənglidirlər.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Pinus densiflora var. tabuliformis (Carrière) Mast.

Yarımnövləri

redaktə
  • Pinus tabuliformis var. mukdensis (Uyeki ex Nakai) Uyeki
  • Pinus tabuliformis var. tabuliformis
  • Pinus tabuliformis var. umbraculifera Liou & Q.L.Wang

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çin_qırmızı_şamı&oldid=8117850"
LOVE.AZ