Çin tacikləri, Sincan tacikləri və ya Dağ tacikləri (sarıq. Tujik, tudʒik; çin. ənən. 塔吉克族, pinyin: Tǎjíkè Zú) — Çin Xalq Respublikasının Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan xalq. Çin hökuməti tərəfindən rəsmiləşdirilən 56 xalqdan biridir.
Çin tacikləri | |
---|---|
Sayları və yaşadığı ərazilər | |
Dili |
Sarıqolca (əksəriyyət) Vaxanca · Çincə |
Dini | İsmaililik |
İrqi | Avropoid |
Çində yayılan adlarına baxmayaraq, Sincan tacikləri Tacikistanda tacik dili, Əfqanıstanda isə dəri dili olaraq tanınan bir dildə danışan taciklərlə eyni deyillər. Çinin Sincan vilayətində yaşayan taciklər İran dillərindən olan pamir dilində danışan pamirlərin bir hissəsidir.
2000-ci ildə əldə edilən məlumatlara əsasən Çin taciklərinin ümumi sayı 41,028 nəfərdir. Onların əksəriyyəti Çinin qərbindəki Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayır. Onların 60%-i Taşkurqan-Tacik Muxtar Qəzasında yaşayır. Onların tacik adlandırılmasına baxmayaraq, danışdıqları dil tacik dili deyil. əsrin əvvəllərində yaşamış səyyahlar onları sarıqollar,[1][2] dağ tacikləri[3] və ya ğalçalar adlandırıblar.[4]
Taşkurqan qəsəbəsi Pamir dağlarında yerləşən Sarıqol krallığının (çin. 色勒库尔) paytaxtı olmuşdur.
Tzin sülaləsinin hakimiyyəti dövründə taciklər bütün Sincanda olduğu kimi bəylər tərəfindən idarə olunurdu. Bu dövrdə çinlilər Taşkurqan-Tacik Muxtar Qəzasının cənub-qərbində yerləşən Taşkurqan vadisində süzerenlik elan etdilər, ancaq yerlilərə xərac qarşılığında vilayəti idarə etmək hüququ verdilər.
Sincan tacikləri quldarlıqla məşğul olurdular. İtaətkar qullara arvad və ev verilirdi. Onlar mülk hesab edilirdi istənilən zaman satılırdı. Onların qul mənbəyi müxtəıif yerlərdən gəlirdi. Bunlara qərbdəki sünni qırğızlar və ya cənubdakı Kuncud, Gilgit və Çitral vilayətlərinin yerliləri aiddir. Sünnilər onları razifilər adlandırırdılar və onları müsəlman hesab etmirdilər.[5] Sincandakı əcnəbi qulların əksəriyyəti şiə taciklər idi. Regiondakı sünni türklər onlara Ğalça deyirdilər.[6] Türklər daha çox şiə qulları satın alırdı.[7]
1902-ci ilin yanvar ayında Qaşqar şəhərində rusiyalı 3 kazak zabiti və bir kuryer yerli bir uyğur fahişəsini öz masalarına dəvət etdikdən sonra böyük bir dava baş vermişdi. Bu davadan sonra regionda Rusiya əleyhinə mitinqlər keçirildi.[8][9]
Mitinqdən sonra ruslar Sarıqola əsgər göndərmişdir. Yerlilər rusların qəzanı işğal edəcəyinə inanırdı. Rus zabitlər bəyləri öz tərəflərinə çəkməyə çalışsalar da, onlar bunda uğursuz olmuşdular.[10]
1940-cı illərdə Sincanda təxminən 9,000 tacik yaşayırdı.[11]
İli üsyanı zamanı uyğur inqilabçılar cənuba irəliləyərkən taciklərin mal-qarasını məcburi olaraq almışdılar.[12] Buna əlavə olaraq, SSRİ tərəfindən dəstəklənən uyğurlar regiondakı taciklərə və qırğızlara hücum edirdilər.[13]
Çində taciklərin dilinin yazılış forması yoxdur.[14] Onların əksəriyyəti sarıqol dilində danışırlar. Onların kiçik bir hissəsi vaxan dilində danışır.[15] Sarıqol və dilləri İran dilləri linqvistik ailəsinin bir parçasıdır.[16]