. Love.az

Cin Xenomelesi - Wikipedia - Love.az

Ana Səhifə - Cin Xenomelesi

Çin xenomelesi (lat. Chaenomeles sinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin xenomeles cinsinə aid bitki növü.

Çin xenomelesi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Gavalıkimilər
Triba:
Maleae
Yarımtriba:
Malinae
Cins:
Xenomeles
Növ:
Çin xenomelesi
Beynəlxalq elmi adı
  • Chaenomeles sinensis Koehne, 1890
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  565928
NCBI  36622
EOL  229993

Mündəricat

  • 1 Təbii yayılması
  • 2 Botaniki təsviri
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Təbii yayılması

redaktə

Yabanı halda Çində və Yaponiyada bitir. Vətəni Çindir.

Botaniki təsviri

redaktə

Hündürlüyü 1-6 m olan yarımhəmişəyaşıl kol və ya kiçik ağacdır. Zoğları tikanlı və ya tikansızdır. Yarpaqları növbəli, dişli, kəsiyində oyuqlu, saplaqları 2 sm-dək uzunluqdadır. Yalançı zoğları tökülür. Çiçəkləri iri, diametri 3-4,5 sm, tək və ya 2-6 ədəd qısa salxımlara yığılmışdır. Çox vaxt yarpaqlar əmələ gələnədək açılır. Çiçək tacı çəhrayı, ağ və ya qırmızı rəngli, beş ləçəklidir. Kasacığı meyvələr əmələ gəldikdə düşür, beş ləçəklidir. Kasacığı meyvələr əmələ gəldikdə düşür, beş xırda dişli və ya bütöv kasayarpaqlıdır. Hər çiçəkdə 20-50 erkəkcik, beş dişicik vardır. Sütuncuqları bünövrəsində birləşir, yumurtalığı beş yuvalı, aşağıdır. Meyvəsi iri, armudvari və ya almavari formalı, təxminən oturaqdır. Toxumları endospermsiz, qonur rəngli, yuxarı hissəsi uzunsov və ucu biz, alt tərəfi yumrudur. Sentyabr-oktyabr aylarında yetişir. Oduncağı qonur və ya çəhrayı qonur rəngli, seyrək borucuqlu, yaxşı bilinən illik halqalıdır.

Ekologiyası

redaktə

İşıqsevəndir, tüstüyə davamlıdır. Humusla zəngin, orta rütubətliliyi olan yüngül gillicəli və gilli-qumlu torpaqlarda yaxşı bitir.

Azərbaycanda yayılması

redaktə

Böyük Qafqazda təbii halda rast gəlinir.

İstifadəsi

redaktə

Yaşıllaşdırmada tək və qrup əkinlərində, canlı çəpərlər salmaq üçün istifadə oluna bilər. Meyvələri turş olub, ətlidir. Mürəbbə, kampot, kisel, jele və s. hazırlanmasında itsifadə olunur.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Çin_xenomelesi&oldid=6867460"
LOVE.AZ