Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Çində rəsmən 56 millət yaşayır.
Çin XR-da 11 türk əsilli etnik qrup yaşamaqdadır : uyğurlar, qazaxlar, qırğızlar, salarlar, yuğurlar, abdallar, özbəklər, tatarlar, tuvalar, İli türkləri, yakutlar və Fuyu qırğızları. 2000-ci ildə aparılmış siyahıyaalmanın elan olunmuş rəsmi nəticələrinə əsasən Çində 8.399.393[1][2] nəfər uyğur, 1.250.458[3] nəfər qazax, 160.823[4] nəfər qırğız, 104.503[5] nəfər salar, 13.719[6] nəfər yuğur, 12.370[7] nəfər özbək və 4.890[8] nəfər tatar olmaqla 9.946.156 nəfər türk kökənli əhali yaşayır. Ölkədəki uyğur, qazax və qırğızların əksəriyyəti, həmçinin tuvalar Sintzyan-Uyğur Muxtar Rayonunda məskunlaşmışdırlar.
Çində muxtariyyət almış Türk xalqları