Çingiz İsmayılov — Azərbaycan alimi, coğrafiya elmləri doktoru, professor.
Çingiz İsmayılov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qax, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | fizika-riyaziyyat |
Elmi dərəcəsi | coğrafiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Çingiz İsmayılov 1952-ci ildə Qax şəhərində anadan olub.1969–1974-cü illərdə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsində təhsil almışdır. 1978-ci ildən İqtisadi və sosial coğrafiya kafedrasında – aspirant, müəllim, baş müəllim, dosent olmuş və 2005-ci ildən professor vəzifəsində çalışır.
1974-cü ildə Bakı Dövlət Universitetinin geoloji-coğafiya fakültəsini bitirib. 1983-cü ildə "Azərbaycanın nefqazkimya kompleksinin formalaşması və inkişafının coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə "Xəzəryanı regionda nefqazkimya kompleksinin ərazi təşkilinin əsas problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin professoru adına layıq qörülmüşdür.
1974–1976-cı illlər ərzində Quba rayonunda coğrafiya müəllimi işləyib. 1977–1978-ci illərdə Azərbaycan EA-nın Coğrafiya İnstitunda mühəndis işləyib. 1978–1981-ci illərdə BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasında əyani aspirant, (1981–1985) müəllim, (1985–1988) baş müəllim, (1988–2005) dosent və 2005-ci idən hazır dövrədək professor vəzifəsində çalışır. 1998-ci ildən etibarən, ictimai əsaslarla, BDU-nu Xəzər Elmi-Tədqiqat və İnformasiya Mərkəzinin rəhbəridir. "Coğrafiyanın müasir problemləri", "İqtisadi və sosial cöğrafiyanın əsasları", "Xəzərin iqtisadi coğrafiyası" və "Siyası coğrafiya" fənnləri üzrə mühazirə deyir. 150-dən çox məqalənin, 1 dərslikin, 5 monoqrafiyanın və 4 kitabın müəllifidir. 2 namizədlik dissertasiyasına rəhbərlik edib. 2006-cı ildə Qazxstanın Təhsil və Elm Nazirliyi tərəfindən doş nişanı ilə təltif olunmuşdur.
60-dan çox beynalxalq konfrans və simpoziumlarda iştirak etmişdir.