Çullu - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd olmuşdur.[1]
Çullu | |
---|---|
Ölkə |
![]() |
Toponim qədim türk mənşəli çul (çol) türk etnoniminə[2] mənsubluq bildirən -lu şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir, «çul tayfasına mənsub yer» mənasını bildirir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir.
Kənddə 1897-ci ildə 109 nəfər, 1904 - cü ildə 85 nəfər, 1914 - cü ildə 110 nəfər azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur[4]. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 39 nəfər, 1926-cı ildə 56 nəfər, 1931-ci ildə 69 nəfər azərbaycanlı yaşamışdır[3]. 40-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.