. Love.az

Ummu Gulsum Binti Eli - Wikipedia - Love.az

Ana Səhifə - Ummu Gulsum Binti Eli

Ümmü Gülsüm binti Əli (ərəb. أمّ كلثوم بنت علي‎; 627[1], Mədinə) — Məhəmməd peyğəmbərin nəvəsi, Əli və Fatimənin qızı. Sünni[2][3] və şiə[4][5][6][7][8][9][10] mənbələrinə görə o, Ömər ibn Xəttabın həyat yoldaşıdır.

Ümmü Gülsüm binti Əli
Doğum tarixi 627[1]
Doğum yeri
  • Mədinə
Dəfn yeri
  • Bəqi qəbiristanlığı
Atası Əli bin Əbu Talib[1]
Anası Fatimə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyat

redaktə

627-ci ildə anadan olub. Əlinin Ümmü Gülsüm adlı iki qızının böyüyüdür. Onun Ömərlə evliliyi sünni mənbələrində qeyd edilsə də, şiə mənbələri arasında mübahisəlidir. Şiə mənbələrində bu barədə müxtəlif ixtilaflar vardır.

Sünni mənbələrinə görə, xəlifə Ömər Məhəmməd peyğəmbərlə qohumluğunu gücləndirmək üçün Ümmü Gülsümlə evlənmək istədiyini Əliyə bəyan edir. Əli isə qızının həddi-büluğa çatmadığı və qardaşı Cəfər ibn Əbu Talibin oğlu ilə evləndirmək istədiyi üçün bu tələbə etiraz edir. Lakin Ömərin təkidi ilə Əli razı olur. 638-ci ilin son aylarında Ümmü Gülsüm Ömərlə evlənir. Onların bu evlilikdən Zeyd və Ruqiyyə adlı iki övladı dünyaya gəlir. Oğlu Zeyd anası ilə eyni gündə vəfat etmiş, qızı Ruqiyyə isə İbrahim bin Nuaym ən-Nəhhamla evlənmişdir.[11]

Xəlifənin zövcəsi kimi Bizans kraliçasına hədiyyələr göndərmişdir. Ömərin vəfatından sonra əmisi Cəfər ibn Əbu Talibin oğulları ilə evlənir. İkinci evliliyini Avn ilə, onun ölümündən sonra digər qardaşı Məhəmmədlə, onun ölümündən sonra isə Abdullahla evlənmişdir. Cənazə namazını ögey oğlu Abdullah ibn Ömər ibn Xəttab qıldırmışdır.[12]

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Deutsche Nationalbibliothek Record #1171177941 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ↑ Şirazi, Əbu İshaq. əl-Mühəzzəb.
  3. ↑ ən-Nəvəvi. Təhzib əl-Əsma (ərəb).
  4. ↑ Təbərsi. İləm əl-vəra, 1/389.
  5. ↑ əl-Muhsin, Şeyx Əli. Lillahi və-lil-Həqiqə. 141–142.
  6. ↑ əl-Məzandarini, Məhəmməd İsmayıl. ər-Risail-əl-İtiqadiyyə, 1, 400.
  7. ↑ əl-Məzandarani, İbn Şəhr. əl-Mənaqib, 3/89.
  8. ↑ əl-Qummi. Tənzibul Əhkam, cild 9. 362–363.
  9. ↑ "Ayətullah Xoyinin saytı". Archived from the original on 2024-03-01. İstifadə tarixi: 2025-01-11.
  10. ↑ Küleyni. Kafi, siqa şeyx Süleymanın Cəfəri Sadiqdən rəvayət etdiyi hədis.
  11. ↑ Mus‘ab b. Abdullah ez-Zübeyrî, Nesebü Kureyş (nşr. E. Lévi-Provençal), Kahire 1982, s. 349
  12. ↑ Huriye Martı, TDV İslâm Ansiklopedisi, cilt: 42, sayfa: 323–324

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ümmü_Gülsüm_binti_Əli&oldid=8069515"
LOVE.AZ