. Love.az

Umumi Qalca Arteriyasi - Wikipedia - Love.az

Ana Səhifə - Umumi Qalca Arteriyasi

Ümumi qalça arteriyası – lat. arteria iliaca communis dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində qarın aortasından başlayaraq aşağı və bayır tərəfə doğru gedir və oma qalça oynağı bərabərliyində iki şaxəyə bölünür:

  1. Daxili qalça arteriyası – lat. a. iliaca interna kiçik çanağa məxsus
  2. Xarici qalça arteriyası – lat. a. iliaca externa böyük çanağa və aşağı ətrafa məxsus
Ümuli qalça arteriyası
Şəkil
Şəkil
Latınca Arteria iliaca communis
Qrey subyekt 155 613
Başlanır Qarın aortası
Şaxələri Xarici qalça, Daxili qalça
Vena Ümumi qalça venası
Dorlands/Elsevier     12154545
  • bax
  • müzakirə
  • redaktə

Bunların hər ikisi pariyetal peritonun arxasında yerləşir və bayır tərəfdə bel əzələlərinin içəri kənarına söykənir. Aorta orta xətdən solda olduğu üçün sağ ümumi qalça arteriyası sol tərəfdəkindən bir az (təxminən 6–7 mm) uzundur. Bunların hər ikisi eyniadlı venaların önündədir.

İstinadlar

redaktə

Mənbələr

redaktə
  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
  • Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
  • Anatomy: Embryologie[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Ümumi_qalça_arteriyası&oldid=5711199"
LOVE.AZ