Ürəkvari karya (lat. Carya cordiformis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin qozkimilər fəsiləsinin karya cinsinə aid bitki növü.
Ürəkvari karya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Ürəkvari karya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Vətəni Şimali Amerikadır. Həmçinin Gürcüstanda və İngiltərədə geniş yayılmışdır. Bu növ bütün karyaların ən çox yayılanıdır.
Hündürlüyü 30 m-ə çatan, diametri 1 m olan geniş çətirli ağacdır. Yarpaqları təklələkvaridir, uzunluğu 15-30 sm, hər yarpaq oxunda 5-9 ədəd yarpaqcıq vardır, kənarları xırda dişlidir, neştərvaridir. Tumurcuqları parlaq, boz-sarıdır. Çiçəkləri sırğa çiçək qrupuna yığılmışdır. Qozanın uzunluğu 2-3 sm, yaşıl, payızda çıxan qapaqlı və qalın qabıqlıdır. Heyvanlar bitkinin toxumu və qabığı ilə qıdalanırlar.
Ürəkvari karya rütubətli dağ yamaclarında və bataqlıqlarda bitir. Qida maddələri az olan kasıb torpaqlarda yaxşı bitir.
Lənkəranda, Astarada, Masallıda mədəni şəraitdə becərilir.
Oduncağı bərk və möhkəm olduğu üçün mebel, panel, avadanlıq və pilləkənlərin düzəldilməsində istifadə olunur. Amerikalılar ondan yay aləti düzəldirlər.