. Love.az

Uzdeniraq Ada - Wikipedia - Love.az

Ana Səhifə - Uzdeniraq Ada

"Üzdəniraq ada" — yazıçı Rövşən Yerfinin geniş oxucu kütləsinin rəğbətini qazanmış bu əsəri Azərbaycanın müstəqillik illərinin başlanğıc dövründə cəzaçəkmə müəssisələrinin həyatından bəhs edən və xidmət əməkdaşı tərəfindən yazılan ilk romandır.

Kitab cildinin üz qabığı.

Mündəricat

  • 1 Əsər haqqında
  • 2 Qısa məzmunu
  • 3 Çapı
  • 4 Xarici keçidlər
  • 5 Həmçinin bax

Əsər haqqında

redaktə

Əsərdə cəzaçəkmə müəssisələrində yaşanan hadisələr realistcəsinə təsvir edilir. Azərbaycanın roman ədəbiyyatında detektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu ədliyyə polkovniki Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur.

Qısa məzmunu

redaktə

Hadisələr cəzaçəkmə müəssisələrindən birində baş verir. Əsərdə iki baş qəhrəman var: cəza evinə işləməyə göndərilən gənc leytenant Şəfi və sevgisinə görə "cəzalandırılan" məhkum Əziz. Roman rəis Əliməmməd, rəis müavinləri Rasim, Bəhram, dəstə rəisi Cəbrayıl, məhkum İltifat, Topuş, Çandriko kimi maraqlı surətlər və onlarla məhkumun cinayət tarixçələri ilə zəngindir.

Çapı

redaktə

Roman dörd dəfə: 2004, 2009, 2012, 2022-ci illərdə (sonuncusu “Məhbəs” kitabında) çap olunub.

Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır.

Xarici keçidlər

redaktə
  • "Üzdəniraq ada" kitabı təqdim olundu Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine
  • "Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir" (Müsahibə)
  • Rövşən Yerfi. Üzdəniraq ada (əsərdən parçalar)
  • Rövşən Yerfinin "Üzdəniraq ada" kitabının təqdimat mərasimi (Video)
  • Rövşən Yerfinin "Üzdəniraq ada" - ilk kitabının təqdimatı. 05.12.2004 (Video)
  • Rövşən Yerfi. Üzdəniraq ada :: Virtual Kitabxana :: ebooks.azlibnet.az (yüklə)

Həmçinin bax

redaktə
  • Rövşən Yerfi
  • Çingiz Əmirov
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Üzdəniraq_ada&oldid=7537405"
LOVE.AZ