. Love.az

Ibadulla Eliyev - Wikipedia - Love.az

Ana Səhifə - Ibadulla Eliyev
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var.
Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir.
Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.

Əliyev İbadulla Ağaməli oğlu və ya Əliyev İbad Əli oğlu (1879, Bakı – 1938) — Azərbaycan mühəndisi, beynəlxalq iqtisadçı, müəllim.

İbadulla Əliyev
Əlizadə İbadulla Ağaməli oğlu
Doğum tarixi 1879
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1938
Fəaliyyəti mühəndis

Həyatı

redaktə

İbadulla Ağaməli oğlu Əliyev 1879-cu ildə Bakıda anadan olmuşdur.

Riqa Politexnik İnstitutunda H.Z.Tağıyevin təqaüdü ilə ali təhsil almışdı (1902-1909).

Bakıda Tağıyevin neft mədənlərində mühəndis işləyib (1909-1917). Azərbaycan Cümhuriyyəti dövründə (1918-20) Bakı Şəhər İdarəsinin işçisi və Şollar-Bakı su kəmərinin müdiri olub.

Sovet hakimiyyətinin başlanğıcında (1920-21) Azərbaycan SSR Xarici İşlər Xalq Komissarlığında ticarət müşaviri olub.

1921-ci ildə N.Nərimanovun təklifi ilə Azərneft xəttiylə Azərbaycanın Berlindəki Ticarət Nümayəndəliyinə göndərilib.

9 sentyabr 1921-dən 30 sentyabr 1927-yədək burada texniki şöbənin mühəndisi olub (1922-də SSRİ yarandıqdan sonra SSRİ-nin Almaniyadakı Ticarət Nümayəndəliyində bu dövlətin təmsilçisinə çevrilib).

Orada 1 noyabr 1927-ci il 1 sentyabr 1928-ci il arasında neft avadanlıqları şöbəsinin məsul əməkdaşı ("müxbir"i) işləyib. Bu illərdə menşeviklərin 1920-də partlatdığı Şollar su kəmərini bərpa etməkçün Almaniyadan dizel maşınları alınmasını, Bakının neft mədənləri üçün avadanlıqlar göndərilməsini və dövlət əhəmiyyətli bir çox məsələləri uğurla təşkil edib.

1928-30-uncu illərdə yenə Azərneft xəttiylə İranda müvafiq məsələlərin həlli üzərində çalışıb ("Semnanneft"in direktor müavini olaraq).

İrandan qayıtdıqdan sonra Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) analitik kimya kafedrasında müəllim (1930-32) və assistent (1935-1937) işləyib, ASSR yüngül sənaye xalq komissarının müavini (7.2.1933-dən), SSRİ Xarici Ticarət Xalq Komissarlığının ASSR-də səlahiyyətli nümayəndəsinin müavini (23.2.1935-dən), ASSR Yüngül Sənaye Xalq Komissarlığının təchizat-satış bölümünün rəisi (1935-1937), SSRİ EA Zaqafqaziya Filialının Azərbaycan Bölməsində (EAZFAB) elmi işçi vəzifələrində bacarıqla çalışıb.

"Almaniya casusu" utdurma ittihamı ilə həbs edilib (25.7.1937) və 7 yanvar 1938-ci idə tam günahsız olduğu halda güllələnib.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İbadulla_Əliyev&oldid=8047459"
LOVE.AZ