İbrahim Şulan oğlu Qədimov (5 avqust 1949, Naxçıvan) — Hüquqşünas.
İbrahim Şulan oğlu Qədimov | |
---|---|
![]() | |
Doğum tarixi | 5 avqust 1949(1949-08-05) (75 yaş) |
Doğum yeri | |
İxtisası | Hüquqşünas |
Mükafatları |
![]() ![]() ![]() ![]() ![]() |
İbrahim Qədimov 1949-cu il avqustun 5-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası Şulan İbrahim oğlu Qədimov, anası Şükufə Bəhmən qızı Qədimova. (1908–1918-ci illərdə Naxçıvanda qəza rəisi olan İbrahim Bəy Qədimovun nəvəsidir).
Orta məktəbi bitirdikdən sonra, 1965–1970-ci illərdə "Araz"-Naxçıvan futbol komandasının müdafiəçisi olmuşdur. 1970-ci ildə "Neftçi" futbol komandasının oyunçusu olub.
1967–1972-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən tərbiyyəsi institutunda təhsil alıb.
1972–1973-cü illərdə Sovet İttifaqı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.
1975–1978 N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib.
1980–1984 SSSR-i Daxil İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb.
1990–1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı seçilmişdir.
1974–2009-cu illərdə AR DİN-də müxtəlif vəzifələrdə xidmət etmişdir.
1989–1992-ci illərdə Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı olaraq, müxtəlif hadisələrdə iştirakına görə, 1999-cu ildən AR-nın müharibə veteranı hesab edilir.
1972–1973 Sovet ordusu (Raket diviziyası)
1974-cü ildən Daxili İşlər Orqanlarına qəbul edilmişdir
1974–1975-ci illərdə – Naxçıvan şəhəri, azyaşlılarla iş üzrə müfəttiş
1975–1976-cı illərdə – Naxçıvan şəhəri, sahə müvəkkili
1976–1979-cu illərdə — NMR DİN cinayət-axtarış şöbəsinin mühüm işlər üzrə baş əməliyyat müvəkkili
1979–1984-cü illərdə — NMR Naxçıvan şəhər milis idarəsinin rəisi
1984–1985-ci illərdə — Abşeron r-n Polis şöbəsində əməliyyat müvəkkili
1985–1988-ci illərdə — Yevlax r-n Polis şöbəsində cinayət-axtarış şöbəsinin rəisi
1988 il — Bakı şəhər polis idarəsində ölüm şöbəsində baş əməliyyat müvəkkili
1988 il – Culfa r-n polis şöbəsinin rəisi
1989–1991-ci illərdə — Naxçıvan şəhər polis şöbəsinin rəisi
1991–1997-ci illərdə — Bakı şəhəri Nəsimi r-n polis idarəsinin əməliyyat işləri üzləri müavin
1997–1998-ci illərdə — Nizami r-n 24-cü polis bölməsinin rəisi
1998–2000-ci illərdə — Nərimanov r-n 18-ci polis bölməsinin rəisi
2000–2009-cu illərdə — Əzizbəyov r-n polis idarəsində rəis müavini
2009 ildən – daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüddədir
İbrahim Qədimov ailəlidir, 2 övladı var. Oğlu – Qədimov Emil İbrahim oğlu (d.1971) – Bakı şəhər Prokurorloğunda Böyük prokuror. Qızı – Qədimova Şükufə İbrahim qızı (d.1976) – Bakı Dövlət Universitetinin dosenti, filologiya elmləri doktoru.