Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
İbrahim bəy Mirzə Əhməd bəy oğlu Davatdarov (14 sentyabr 1851, Ərəblər, Şuşa qəzası – 3 iyun 1902, Qars, Qafqaz diyarı) — çar ordusunun polkovniki
İbrahim bəy Davatdarov | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 sentyabr 1851(1851-09-14) |
Doğum yeri | |
Vəfat tarixi | 3 iyun 1902(1902-06-03) (50 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Qoşun növü | piyada |
Rütbəsi | podpolkovnik[d] |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() ![]() |
İbrahim bəy Davatdarov 14 sentyabr 1851-ci ildə Şuşa qəzasının Ərəblər kəndində anadan olmuşdur. İlkin evdə təhsil almış, Tiflis Piyada Yunker kursunu bitirmişdir. 1868-ci ildə unter-zabit kimi 16-cı Minqreli Qrenadyor alayında xidmətə başlamışdır. 15 sentyabr 1869-cu ildə Tiflis Piyada Yunker məktəbinə ezam olunmuş, məktəbi 1871-ci ildə müvəffəqiyyətlə bitirdikdən sonra 157-ci Dərbənd alayına dəyişilmişdir. Çar hərbi baxışda Davatdarovu bəyənmiş, ona şəxsən özü praporşik rütbəsi vermişdir. O, bu rütbədən polkovnik rütbəsinədək yüksələ bilmişdi.
İbrahim bəy Davatdarov 1902-ci ildə vəfat edib.[1]
İbrahim bəy Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə qurmuşdu. Müzəffər bəy adlı oğlu, Mina xanım adlı qızı vardı.
İbrahim bəy Davatdarov 1877–1878-ci il Rus-Osmanlı savaşında göstərdiyi şücaətə görə 4-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.