İbrahimhacılı — Azərbaycan Respublikasının Tovuz rayonunun İbrahimhacılı kənd inzibati ərazi dairəsində kənd.[3]
İbrahimhacılı | |
---|---|
40°54′16″ şm. e. 45°44′41″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6041[2] |
Xəritəni göstər/gizlə
|
Yaşayış məntəqəsini hacılı tirəsinə mənsub ailələrin başçısı İbrahim adlı şəxs saldığı üçün kənd belə adlandırılmışdır. Oykonim "hacılı tayfasından olan İbrahimin kəndi" mənasındadır.[4]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Zəyəmçayın sahilində, dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | 3657 | 1838 | 1819 |
2009[6] | ↗4021 | ↗2054 | ↗1967 |
Kənddə İbrahimhacılı kənd kitabxana filialı,[7] İbrahimhacılı kənd klubu,[8] İbrahimhacılı poçt şöbəsi (AZ6041)[9] fəaliyyət göstərir.
Kənddə Akif Sadıqov adına İbrahimhacılı kənd tam orta məktəbi fəaliyyət göstərir.[10][11]
Bundan başqa kənddə İbrahimhacılı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[12]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə İbrahimhacılı kənd həkim məntəqəsi yerləşir.[13]