. Love.az

Icma Ve Erazi Inkisafi Nazirliyi Ukrayna - Wikipedia - Love.az

Ana Səhifə - Icma Ve Erazi Inkisafi Nazirliyi Ukrayna

Ukrayna İcma və Ərazi İnkişafı Nazirliyi (ukr. Міністерство розвитку громад та територій України) — Ukraynada regionların rəqabət qabiliyyətini artırmaq, yerli özünüidarəetməni inkişaf etdirmək, Ukrayna əhalisinin rahat və təhlükəsiz yaşayış şəraitini təmin etmək, tikinti fəaliyyəti üçün effektiv qaydalar və şərtlər yaratmaq, harmonik yaşayış mühiti formalaşdırmaq və kommunal xidmətlər sahəsində enerji resurslarından səmərəli istifadəni təmin etmək məqsədi ilə fəaliyyət göstərmiş keçmiş nazirlik.[2]

İcma və Ərazi İnkişafı Nazirliyi
Міністерство розвитку громад і територій України
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə
  •  Ukrayna
Yurisdiksiya Ukrayna
Yaradılma tarixi 2010
Ləğv edilib 3 dekabr 2022
Tabelik Nazirlər Kabineti (Ukrayna)
İllik büdcəsi 3.550.885.600 ₴[1]
Baş qərargah
  • Kiyev
Rəsmi saytı minregionbud.gov.ua
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu qurum 9 dekabr 2010-cu ildə inzibati islahat nəticəsində Ukrayna Regionların İnkişafı və Tikinti Nazirliyi ilə Ukrayna Kommunal Xidmətlər Nazirliyinin yenidən təşkili yolu ilə Ukrayna Regionların İnkişafı, Tikinti və Kommunal Xidmətlər Nazirliyi kimi yaradılmışdır.[3] 6 aprel 2011-ci ildə nazirlik Ukrayna Tikinti və Kommunal Xidmətlər Nazirliyi olaraq adlandırılmış,[4] lakin 12 may 2011-ci ildə əvvəlki adı — Ukrayna Regionların İnkişafı, Tikinti və Kommunal Xidmətlər Nazirliyi bərpa edilmişdir.[5] 3 sentyabr 2019-cu ildən nazirlik Ukrayna İcma və Ərazi İnkişafı Nazirliyi adlandırılmışdır.[6] 3 dekabr 2022-ci ildən Ukrayna İnfrastruktur Nazirliyinin yenidən adlandırılmış forması olan Ukrayna İcmaların, Ərazilərin və İnfrastrukturunun İnkişafı Nazirliyinə birləşdirilərək yenidən təşkil edilmişdir.[7]

Mündəricat

  • 1 Rəhbərlik
  • 2 Fəaliyyəti
  • 3 Strukturu
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Rəhbərlik

redaktə

Nazirliyə 4 mart 2020-ci ildən 3 dekabr 2022-ci ilə qədər Ukrayna İcmaların və Ərazilərin İnkişafı Naziri vəzifəsində çalışmış Aleksey Mixailoviç Çernışov rəhbərlik etmişdir. Nazir müavinləri aşağıdakı kimidir:[8]

  • Birinci müavin: Vasil Lozinski
  • Müavin: Vyaçeslav Neqoda[9]
  • Müavin: İvan Lukerya
  • Müavin: Nataliya Xotsyanovska
  • Müavin: Nataliya Kozlovska
  • Avropa inteqrasiyası məsələləri üzrə müavin: İqor Korxovi

Əvvəlki rəhbərlər aşağıdakı kimidir:

  • Şmıqal Denis Anatolyeviç — Ukrayna Baş Nazirinin müavini, İcmaların və Ərazilərin İnkişafı naziri (4 fevral 2020 – 4 mart 2020)
  • Babak Alyona Valeryevna — Ukrayna İcma və Ərazi İnkişafı naziri (29 avqust 2019 – 4 fevral 2020)
  • Zubko Gennadi Qriqoryeviç — Ukrayna Regionların İnkişafı, Tikinti və Kommunal Xidmətlər naziri (2 dekabr 2014 – 29 avqust 2019)
  • Qroysman Volodimir Borisoviç (27 fevral 2014 – 2 dekabr 2014)

Fəaliyyəti

redaktə
 
Nazirliyin köhnə loqosu.

2015-ci ildə Ukrayna Regionların İnkişafı, Tikinti və Kommunal Xidmətlər Nazirliyinin əsas fəaliyyət prioritetləri desentralizasiyanın aparılması, tikinti islahatı və kommunal xidmətlər sahəsində bazar münasibətlərinin tətbiqi idi. Bu, istehlakçıları keyfiyyətli xidmətlərlə təmin etməyə kömək etməli idi.[10]

2014-cü ilin dekabrında Gennadi Zubkonun rəhbərliyi ilə İcma və Ərazi İnkişafı Nazirliyi təşəbbüsü ilə Büdcə və Vergi Məcəllələrinə dəyişikliklər edilmiş, Ukraynada maliyyə desentralizasiyası həyata keçirilmişdir. Bunun nəticəsində 2015-ci ildə yerli büdcələr profisitli olmuşdur. İlkin hesablamalara görə, 2015-ci ildə yerli büdcələr 30 milyard qrivnadan çox vəsait əldə etmişdir.[11][12]

Nazirlik vasitəsilə Ukrayna Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının, o cümlədən Ukrayna Dövlət Memarlıq-Tikinti İnspeksiyasının fəaliyyətini istiqamətləndirir və əlaqələndirir. Nazirlik dövlət səviyyəsində şəhərsalma kadastrını aparır və yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Vahid Dövlət Reyestrini idarə edir.[13]

Strukturu

redaktə

Ukrayna İcmaların və Ərazilərin İnkişafı Nazirliyinin Departamentləri, İdarələri və Xidmətləri aşağıdakı kimidir:

  • Nazirin Patronaj Xidməti
  • Strateji Planlaşdırma və Avropa İnteqrasiyası Direktoratı
  • Yerli Özünüidarəetmənin İnkişafı, Hakimiyyətin Ərazi Təşkili və İnzibati-Ərazi Quruluşu Məsələləri Direktoratı
  • Regional Siyasət Direktoratı
  • Ərazilərin Məkan Planlaşdırılması və Memarlıq Direktoratı
  • Tikintidə Texniki Tənzimləmə Direktoratı
  • Enerji Səmərəliliyi Direktoratı
  • Yaşayış Siyasəti və Abadlıq Departamenti
  • Kommunal Xidmətlər və Kommunal Təsərrüfat Departamenti
  • İnzibati-Təşkilati Təminat Departamenti
  • Prioritet Regional İnkişaf Layihələrinin Tətbiqi Departamenti
  • Maliyyə Departamenti
  • Hüquq Departamenti
  • Həyat Təminatı Sistemlərinin İqtisadiyyatı Departamenti
  • Kadrların İdarə Edilməsi İdarəsi (Xidməti)
  • İnformasiya Texnologiyaları İdarəsi
  • Tikintidə Qiymətqoyma, İqtisadiyyat və Müqavilə Münasibətləri İdarəsi
  • Kütləvi İnformasiya Vasitələri ilə Əlaqələr Şöbəsi
  • Operativ-Dispetçer Şöbəsi
  • Dövlət Əmlakının İdarə Edilməsi Şöbəsi

Nəzarət Sektoru

  • Nazirliyin Beynəlxalq Əməkdaşlıq Protokol Təminatı Sektoru
  • Daxili Audit Sektoru
  • Korrupsiyanın Qarşısının Alınması və Aşkar Edilməsi Məsələləri Sektoru
  • Mülki Müdafiə Məsələləri Sektoru
  • Səfərbərlik İşləri və Müdafiə Məsələləri Sektoru
  • Rejim-Məxfi İşlər Sektoru
  • Tender Prosedurları Sektoru
  • Vətəndaş Cəmiyyətinin İnkişafı Sektoru

İstinadlar

redaktə
  1. ↑ https://zakon.rada.gov.ua/laws/file/text/110/f530966n246.xlsx.
  2. ↑ "Місія та цінності". Мінрегіон (rus). 6 березня 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-08.
  3. ↑ Указ Президента України від 9 грудня 2010 року № 1085/2010 «Про оптимізацію системи центральних органів виконавчої влади»
  4. ↑ "Указ Президента України № 370/2011 від 6 квітня 2011 року «Питання оптимізації системи центральних органів виконавчої влади»". 19 липня 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 квітня 2011.
  5. ↑ "Указ Президента України № 580/2011 від 12 травня 2011 року «Про Міністерство регіонального розвитку, будівництва та житлово-комунального господарства України»". 17 квітня 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 червня 2011.
  6. ↑ "Постанова Кабінету Міністрів України "Деякі питання оптимізації системи центральних органів виконавчої влади" від 02.09.2019 № 829".
  7. ↑ "Постанова Кабінету Міністрів України "Деякі питання оптимізації системи центральних органів виконавчої влади" від 02.12.2022 № 1343".
  8. ↑ "Уряд призначив 11 нових заступників міністрів: названо імена". 6 вересня 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-06.
  9. ↑ "Про призначення Негоди В. А. заступником Міністра розвитку громад та територій України". Кабінет Міністрів України. 11 вересня 2019. 28 жовтня 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 листопада 2019.
  10. ↑ пріоритети діяльності Міністерства регіонального розвитку, будівництва та житлово-комунального господарства у 2015 році
  11. ↑ місцеві бюджети стали профіцитними Arxivləşdirilib 2015-04-02 at the Wayback Machine
  12. ↑ отримають понад 30 млрд грн
  13. ↑ "Уряд реорганізував Державне агентство з питань науки, інновацій та інформатизації". 8 червня 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 червня 2014.

Xarici keçidlər

redaktə
  • Офіційний сайті
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İcma_və_Ərazi_İnkişafı_Nazirliyi_(Ukrayna)&oldid=8116508"
LOVE.AZ