. Love.az

Idris Agalarov - Wikipedia - Love.az

Ana Səhifə - Idris Agalarov

İdris Fərhad oğlu Ağalarov (20 oktyabr 1917, Tiflis, Tiflis quberniyası – 4 may 1975, Bakı) — Azərbaycan opera müğənnisi (lirik bariton), Azərbaycan SSR xalq artisti (1958).

İdris Ağalarov
Ümumi məlumatlar
Doğum tarixi 20 oktyabr 1917
Doğum yeri Tiflis, Tiflis qəzası
Vəfat tarixi 4 may 1975 (57 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 19581958 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943

Həyatı

redaktə

Bariton səsə malik İdris Fərhad bəy oğlu 20 oktyabr 1917-ci ildə Tiflisdə anadan olmuşdur. 1939-cu ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur.[1] 1943-cü ildə konservatoriyanı (S. K. Qolskayanın sinfi) bitirmişdir. Şahvələd (Qlier, "Şahsənəm"). Yavər (C. Cahangirov, "Azad") və başqa operalarda oxumuşdur.

İdris Ağalarov 4 may 1975-ci ildə Bakıda vəfat edib.

Mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
  • "Azərbaycan SSR xalq artisti" fəxri adı — 26 aprel 1958

İstinadlar

redaktə
  1. ↑ "Ağalarov İdris Fərhad oğlu". 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-06.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İdris_Ağalarov&oldid=7685029"
LOVE.AZ