. Love.az

Idris Zamanli - Wikipedia - Love.az

Ana Səhifə - Idris Zamanli
Bu məqalə silinməyə namizəddir
Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin.
Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.

Bu məqalə sonuncu dəfə 20 gün əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

İdris Abbasəli oğlu Zamanlı (22 mart 1930, Cil – 2 iyun 1994, Bakı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

İdris Zamanlı
Doğum tarixi 22 mart 1930(1930-03-22)
Doğum yeri
  • Cil, Ermənistan
Vəfat tarixi 2 iyun 1994(1994-06-02) (64 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti şair
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi

Həyatı

redaktə

Zamanlı İdris Abbasəli oğlu 1930-cu il martın 22-də Ermənistanın Krasnoselo rayonunun Cil kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1948). Əmək fəaliyyətinə Çil kəndində kolxozda başlamışdır (1948-1954)

ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirmişdir (1954-1958). Ailə vəziyyətinə görə təhsilini yarımçıq qoyub "Sovet Ermənistanı" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur (1958-1963). Bakı şəhər 64 nömrəli orta məktəbində müəllim işləmiş, eyni zamanda universitetdə təhsilini davam etdirmişdir (1964-1967).

Azərbaycan SSR Mədəniyyət Nazirliyində redaktor işləmişdir (1966). "Elm və həyat" jurnalında şöbə müdiri olmuşdur (1975-1982). Moskvada "Nedelya" həftəlik qəzetinin müxbiri vəzifəsində çalışmışdır (1982-1986).

Sonra təqaüdə çıxmış, ömrünün sonunadək fərdi yaradıcılıqla məşğul olmuşdur. Poetik yaradıcılığa 50-ci illərdən başlamışdır.

İlk şeirləri "Sovet Ermənistanı" qəzetində və "Ədəbi Ermənistan" almanaxında dərc edilmişdir. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ xalqlarının dillərində çap olunmuşdur.

1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.

1994-cü il iyunun 2-də Bakıda vəfat etmişdir.

Xarici keçidlər

redaktə
  • İdris Zamanlı Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İdris_Zamanlı&oldid=8127621"
LOVE.AZ