İlhamə Zərbəliyeva (tam adı: İlhamə Ağalar qızı Zərbəliyeva; d.1973, Cəlilabad rayonu, Pokrovka) — Azərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Səthi-aktiv reagentlər və preparatlar" laboratoriyasının Kimya üzrə elmlər doktoru.[1]
İlhamə Zərbəliyeva | |
---|---|
İlhamə Ağalar qızı Zərbəliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Pokrovka, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
![]() ![]() |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | neft-kimyası |
Elmi adları | kimya elmləri doktoru, dosent |
İş yeri | |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universiteti |
Zərbəliyeva İlhamə Ağalar qızı, 1973-cü ildə Azərbaycanın Cəlilabad rayonunun Pokrovka kəndində anadan olmuşdur. 1980-cı ildə həmin rayonun 2 saylı məktbinə getmiş, 1990-cı ildə əla qiymətlərlə həmin məktəbi bitirmişdir.
1997-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakultəsinin bakalavr pilləsini, 2000-ci ildə isə həmin fakultənin "Üzvi-kimya" kafedrasının magistr pilləsini fərqlənmə ilə bitirmişdir. 2000-ci ildə NKPİ-də aspiranturaya daxil olmuşdur.
Ailəlidir, 2 oğlu var.
İ.A.Zərbəliyeva tərəfindən Təbii triqliseridlər, ali karbon turşuları, ortofosfat turşusu, propilen oksidi, aminlər və aminospirtlər əsasında yeni neftyığıcı və disperdləyici reagentlər alınmış və ətraflı tədqiq edilmişdir. Hal-hazırda onun elmi istiqaməti biomənşəli və alternativ xammal mənbələri əsasında yeni yüksək səmərəli səthi-aktiv maddələrin alınması tədqiqi və tətbiqidir. O, alifatik birəsaslı karbon turşularının propilen oksidi ilə oksipropilləşməsinə, təbii triqliseridlər əsasında aminospirtlər, poliaminlər, ortofosfat turşusu, alkilhalogenidlər, epoksidlər və politurşular iştirakı ilə ekoloji zərərsiz səthi-aktiv maddələrin alınmasına, tədqiqinə və tətbiqinə dair geniş tədqiqatlar aparmışdır. Müəyyən edilmişdir ki, sintez edilmiş reagentlər yüksək neftyığma və neftdispersləmə qabiliyyətinə malik olmaqla, böyük ekoloji təhlükə mənbəyi olan nazik neft təbəqələrinin su səthindən kənar edilməsinə imkan verir. Təbii yağ turşu qarışıqlarının etanolaminlərlə komplekslərinin poladın xlorid turşusu mühitində korroziyasını xeyli ləngitmək xassələri aşkar edilmişdir. Bu komplekslərin bəziləri aromatik birləşmələri ekstraksiya etmək xüsusiyyətlərinə də malikdir
İlhamə Zərbəliyevanın çap olunmuş 134 elmi əsəri vardır. Onlardan 3-ü dərs vəsaiti, 1 monoqrafiya, 52-si məqalə, 20-si elmi konfrans materialları və 57-sı məruzələrin tezisləri, 1-i isə patentdir. Məqalələrim Yaponiya, Böyük Britaniya, Rusiya, Malayziya, Misir və digər ölkələrin impact factorlu və Tomson Reuter sırasına daxil olan elmi jurnallarında dərc edilmişdir.
Neft-Kimya Prosesləri İnstitutunun alimləri: bioqrafik portret, elmə və təhsilə töhfələr. "Müəllim" nəşriyyatı. Bakı 2019. s.235–236.