. Love.az

Ilham Sakirov - Wikipedia - Love.az

Ana Səhifə - Ilham Sakirov

İlham Şakirov (tam adı: İlham Qılmetin oğlu Şakirov, tatar. Илһам Гыйльметдин улы Шакиров; 15 fevral 1935, Yeni Bülək[d], Tatarıstan MSSR, RSFSR, SSRİ – 16 yanvar 2019, Kazan) — tatar əsilli SSRİ və Rusiya müğənnisi və incəsənət xadimi.

İlham Şakirov
tatar. Илһам Гыйльметдин улы Шакиров
Ümumi məlumatlar
Doğum tarixi 15 fevral 1935(1935-02-15)
Doğum yeri
  • Yeni Bülək[d], Tatarıstan MSSR, RSFSR, SSRİ
Vəfat tarixi 16 yanvar 2019(2019-01-16) (83 yaşında)
Vəfat yeri
  • Kazan, Tatarıstan, Rusiya
Dəfn yeri
  • Kazandakı tatar qəbiristanlığı[d]
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Janrlar romans, Ariya
Səs tembri bariton
Təhsili
  • Kazan Dövlət Konservatoriyası[d]
Mükafatları "Şərəf" ordeni (Rusiya) — 2010
"RSFSR xalq artisti" fəxri adı "RSFSR əməkdar artisti" fəxri adı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

redaktə

İlham Qılmetin oğlu Şakirov 15 fevral 1935-ci ildə SSRİ-nin Tatarıstan MSSR-nin Sarman rayonunun Yeni Bülək kəndində anadan olmuşdur.[1]

1954-cü ildə Kazan Musiqi Kollecinə daxil olmuş, bir il sonra isə Kazan Dövlət Musiqi Akademiyasının Vokal Fakültəsinə qəbul edilmişdir.[2]

1960-cı ildə Şakirov Kazan Dövlət Musiqi Akademiyasından məzun olmuşdur. Həmin il Şakirov Qabdulla Tukay adına Tatar Dövlət Filarmoniyasının baş vokalisti olmuşdur.[3]

İlham Qılmetin oğlu Şakirov 16 yanvar 2019-cu ildə Rusiyanın Kazan şəhərində vəfat etmişdir.[4]

İstinadlar

redaktə
  1. ↑ Фахрутдинов Р. Шакиров Ильгам Гильмутдинович // Народные артисты: Очерки. Kazan. 1980. səh. 585—588.
  2. ↑ "Скончался легендарный татарский певец Ильгам Шакиров". www.tatar-inform.ru. «Tatar-Inform». 16 yanvar 2019. 16 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2019.
  3. ↑ "В Казани умер выдающийся татарский певец Ильхам Шакиров". kazanfirst.ru. «Kazan First». 16 yanvar 2019. 16 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2019.
  4. ↑ "Не стало легенды татарской эстрады Ильгама Шакирова". www.business-gazeta.ru. «БИЗНЕС Онлайн». 16 yanvar 2019. 16 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 yanvar 2019.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlham_Şakirov&oldid=7313659"
LOVE.AZ