. Love.az

Ilham Eliyev Memar - Wikipedia - Love.az

Ana Səhifə - Ilham Eliyev Memar
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: İlham Əliyev (dəqiqləşdirmə).

İlham İsmayıl oğlu Əliyev (7 aprel 1934, Bakı – 12 dekabr 2002) — Azərbaycan memarı, Azərbaycan Memarlar İttifaqının prezidenti (1992–2002), Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının akademiki, Azərbaycan SSR əməkdar arxitektoru (1979).

İlham Əliyev
Azərbaycan Memarlar İttifaqının sədri
1992 – 12 dekabr 2002
ƏvvəlkiMikayıl Useynov
SonrakıAbbas Ələsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 7 aprel 1934(1934-04-07)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 12 dekabr 2002(2002-12-12) (68 yaşında)
Təhsili
  • Azərbaycan Texniki Universiteti

Təltifləri
"Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 1979
"Şöhrət" ordeni — 20002000

Həyatı

redaktə

İlham Əliyev 1934-cü il aprel ayının 7-də Bakı şəhərində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq şöbəsini bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda əmək fəaliyyətinə başlayaraq, ömrünün 30 ilini bu institutla bağlamış və burada kiçik elmi işçi, baş elmi işçi, şəhərsalma şöbəsinin müdiri, institutun elmi katibi və direktor müavini vəzifələrində çalışmışdır.

1966-cı ildən Azərbaycan Memarlar İttifaqının üzvü olan İlham Əliyev 1992-ci ildən ömrünün sonunadək bu ittifaqa rəhbərlik etmişdir.

İlham Əliyev 2002-ci il dekabrın 12-də ömrünün 69-cu ilində vəfat etmişdir.[1]

2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri İlham Əliyevə həsr edilmişdir.

Təltif və mükafatları

redaktə
  • "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979
  • "Şöhrət" ordeni — 19 aprel 2000

İstinadlar

redaktə
  1. ↑ "İLHAM İSMAYIL OĞLU ƏLİYEV" (az.). azertag.az. 2002-12-12. İstifadə tarixi: 2019-09-17.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlham_Əliyev_(memar)&oldid=6963549"
LOVE.AZ