İlir Boliçi (alb. Ilir Bozhiqi, 22 may 1965[1]) — Albaniyalı keçmiş futbolçu. Mövqeyi qapıçı olub. Hal hazırda Albaniya Milli komandasında və Tirananın "Dinamo" klubunda qapıçı məşqçisi işləyir.
İlir Boliçi | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ilir Bozhiqi | |||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||
Tam adı | Ilir Bozhiqi | ||||||||||||||||||
Doğum tarixi | 22 may 1965 (1965-05-22) (60 yaş) | ||||||||||||||||||
Doğum yeri | Kuçove, Albaniya | ||||||||||||||||||
Vətəndaşlığı | Albaniya | ||||||||||||||||||
Mövqeyi | Qapıçı | ||||||||||||||||||
Karyerası | |||||||||||||||||||
|
|||||||||||||||||||
|
Boliçi karyerasına 1984-cü ildə, doğulduğu kuçove şəhərinin doğma klubu olan Naftetari (alb. Naftetari Qyteti Stalin) klubunda başlayıb. Daha sonra, 1985-ci ildə Tirananı təmsil edən Dinamo klubuna keçir. "Dinamo" klubunda çıxış etdiyi altı il ərzində iki dəfə ölkə çempionu olur və iki dəfə Albaniya kubokunu qazanır.[2] O, 1988-ci ilin iyun ayında, "Dinamo"nun heyətində, o zaman Qyteti Stalin adlanan Kuçove şəhərində, keçmiş klubu "Naftetari" klubu ilə oyunda meydana çıxır.[3] Bu oyun Albaniya Liqasına yüksəlmək üçün pley-off oyunu olur. Oyun ciddi iğtişaşlar və "Dinamo" komandasının avtobusunun yandırılması ilə başa çatır və "Naftrtari" bir il futbol oynamaqdan kənarlaşdırılmasına səbəb olur.[4]
O, 1991-ci ildə "Dinamo Tirana"dan Rumıniya klubu olan "Braşov" klubuna keçir. Burada 4 il oyunadıqdan sonra, 1995-ci ildə Rumıniyanın başqa bir komandası "Tractor Braşov"a keçir.[5] Futbolçu Rumıniya çempionatında iştirak edən ilk xarici qapıçı olur.[6]
"Braşov"dakı karyerasında, o, komanda yoldaşları Şanta, Todericiu və Adrian Ene ilə güclü rəqabət aparsa da, birinci divizionda 57 oyun keçirdir. Bu müddətdə o, rumın dilini də öyrənir və oradaya etdiyi səfərlərdən birində deyir: "Rumıniyada keçirdiyim vaxt karyeramın ən gözəl vaxtı idi. Braşovu və Şanta və Enedən başlayaraq Savoyu və Marian İvana qədər olan komanda yoldaşlarımı unuda bilmirəm."[6]
İlir Boliçi futbolçu karyerasını bitirdikdən sonra qapıçılar üzrə məşqçi kimi işləməyə başlayıb. 1997–2012-ci illərdə "Dinamo", 2012–2020-ci illərdə Skenderbu, 2020–2023-cü illərdə Partizani klublarında çalışıb və 2023-cü ildə "Dinamo"ya qayıdıb. O, həm də Albaniya millisinin qapıçılar üzrə məşqçisidir və 2008-ci ildən orda çalışır.