. Love.az

Ilqar Feti Zade - Wikipedia - Love.az

Ana Səhifə - Ilqar Feti Zade

İlqar Fəti oğlu Fəti-zadə (30 sentyabr 1956, Kirovabad – 14 aprel 2022, Bakı) — Azərbaycan iqtisadçısı, Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini (1999–2022).

İlqar Fəti-zadə
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
23 sentyabr 1999 – 14 aprel 2022
NazirƏvəz Ələkbərov
Samir Şərifov
ƏvvəlkiSəfər Hüseynov
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini
16 dekabr 1992 – 23 sentyabr 1999
SədrƏvəz Ələkbərov
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
aprel 1992 – 16 dekabr 1992
NazirBədir Qarayev
Saleh Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 30 sentyabr 1956(1956-09-30)
Doğum yeri
  • Kirovabad, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 14 aprel 2022(2022-04-14) (65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti iqtisadçı

Həyatı

redaktə

İlqar Fəti oğlu Fəti-zadə 1956-cı il sentyabrın 30-da hazırkı Gəncə şəhərində anadan olmuşdur. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsini bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.[1]

İlqar Fəti-zadə əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan SSR Maliyyə Nazirliyinin Ştat İdarəsində başlamışdır. 1980–1988-ci illərdə həmin idarədə böyük iqtisadçı, baş iqtisadçı, şöbə müdiri, 1988–1992-ci illərdə isə Maliyyə Nazirliyinin Dövlət Orqanları Aparatının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifələrində işləmişdir.[1]

1992-ci ilin aprel ayından maliyyə nazirinin müavini[2], 16 dekabr 1992-ci ildən isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini olunmuşdur.[3] 23 sentyabr 1999-cu ildə maliyyə nazirinin birinci müavini təyin edilmişdir.[4]

İlqar Fəti-zadə 14 aprel 2022-ci ildə vəfat etmişdir.[5] "Qurd qapısı" qəbiristanlığında dəfn olunmuşdur.[6]

Ailəli idi. Bir övladı var.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Fətizadə İlqar Fəti oğlu // Azərbaycanda kim kimdir (Ensiklopedik sorğu kitabı). Bakı: "Çıraq" nəşriyyatı. 2010. S. 97. ISBN 978-9952-8024-3-6.
  2. ↑ "İlqar Fəti oğlu Fəti-zadə". 20 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2025.
  3. ↑ "İ. F. Fətizadə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2017-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2025.
  4. ↑ "İ. F. Fətizadənin Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2025.
  5. ↑ "Maliyyə nazirinin birinci müavini vəfat edib". Report İnformasiya Agentliyi. 15 aprel 2022. 2022-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2025.
  6. ↑ "Maliyyə nazirinin birinci müavini dəfn edilib". Report İnformasiya Agentliyi. 15 aprel 2022. 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 yanvar 2025.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İlqar_Fəti-zadə&oldid=7999058"
LOVE.AZ