İlxı yabı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Düzkənd (sonra Axuryan) rayonunda kənd.[2][3][4]
Kənd | |
İlxıyabı | |
---|---|
![]() | |
40°42′10″ şm. e. 43°54′20″ ş. u.HGYO | |
Ölkə |
![]() |
Region | [[Şörəyel mahalı]] |
Rayon | [[Düzkənd rayonu]] |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.600 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Xəritəni göstər/gizlə
| |
![]() |
Rayon mərkəzindən 9 km cənub-şərqdə yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tərkibində olmuşdur. Qafqazın 5 verstlik xəritəsində[5], erməni mənbələrində[6][7] İlxıabi formasında qeyd edilmişdir.
Toponim ilxı sözü ilə Azərbaycan dilidə at mənasında işlənən yabı sözünün birləşməsindən əmələ gəlmişdir. "At ilxısı olan yer, at ilxısı yer yanında salınan kənd" mənasını bildirir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Ayqabats qoyulmuşdur. 1946-cı ildə kənd ermənicə Haykabats adlandırılmışdır. XIX əsrə aid ədəbiyyatda kəndin adı[8]. "Ilxı Abi" kimidir. "Ilxı Abi", yə'ni Abı adlı şəxsə məxsus at ilxısının saxlandığı yerin adını əks etdirir.[9]
Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. 1828-ci ildən sonra azərbaycanlılar tarixi-etnik torpaqlarından qovulmağa başlamışdır. 1830-cu ildə Türkiyənin Basin vilayətindən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır. 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir[10][11]
Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Ermənistandakı Azərbaycan kəndləri