İman bint Abdullah (ərəb. إيمان بنت عبدالله; 27 sentyabr 1996, Kral Hüseyn Tibb Mərkəzi[d]) — IV İordaniya kralı II Abdullahın qızlarından biri.
İman bint Abdullah | |
---|---|
ərəb. إيمان بنت عبدالله | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 sentyabr 1996(1996-09-27) (28 yaş) |
Doğum yeri | |
Təhsili | |
Atası | II Abdullah |
Anası | Raniyə əl-Abdullah |
Uşağı |
|
Ailəsi | Haşimilər |
![]() |
1996-cı ildə Ammanda dünyaya gəldi. Atası İordaniya kralı II Abdullah, anası isə kraliça Raniyadır. Hələ 3 yaşında ikən 1999-cu ildə babası I Hüseyn vəfat etdi və atası II Abdullah taxta çıxdı.
İlk təhsilini Amman Beynəlxalq Akademiyasında[1] alan İman bint Abdullah daha sonra ABŞ-a göndərildi. Burada Corctaun Universitetində beynəlxalq münasibətlər üzrə təhsil aldı.[2][3][4][5][6]
6 iyul 2022-ci ildə Venesuela əsilli[7] biznesmen[8][9] Cəmil Aleksandr Termiotislə (1994-) nişanlandığı elan olundu. Cütlüyün nigah mərasimi isə 12 mart 2023-cü ildə Beytül-Ürdün sarayında baş tutdu.[10][11]