. Love.az

Inqilab Abbasov - Wikipedia - Love.az

Ana Səhifə - Inqilab Abbasov

İnqilab Lətif oğlu Abbasov (1929, Sumqayıt) — Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsinin birinci katibi.

İnqilab Abbasov
Azərbaycan Kommunist Partiyası Qazax Rayon Komitəsinin birinci katibi
1972 – 1977
ƏvvəlkiBarat Qaravəliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1929
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, ZSFSR, SSRİ
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1952–)
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti,
  • Azərbaycan Dövlət Aqrar Universiteti,
  • Bakı Ali Partiya Məktəbi
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

1929-cu ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1952-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1949-cu ildə başlamış, Sovet Ordusunda xidmət etmişdir. 1953-cü ildən artezian quyuları qazma kontorunun kollekturçusu, tikinti təşkilatı siyasi şöbəsinin təlimatçısı, ali partiya məktəbinin müdavimi olmuşdur. 1961-ci ildən Sumqayıt Şəhər Partiya Komitəsinin mühazirəçisi, şöbə müdiri, superfosfsat zavodu partiya bürosunun katibi, Azərbaycan KP MK təşkilat-partiya işi şöbəsinin inspektoru vəzifələrində işləmişdir. 1972-ci ildən Azərbaycan KP Qazax RK-nın birinci katibidir.

Azərbaycan SSR Ali Soveti plan-büdcə komissiyasının üzvüdür.

Azərbaycan KP MK üzvlüyünə namizəddir.

Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Marksovka seçki dairəsi).

Mənbə

redaktə
  • Ингилаб Ләтиф оғлу Аббасов // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 11.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=İnqilab_Abbasov&oldid=6906735"
LOVE.AZ