İnqolştadt ( alm. Ingolstadt Ingolstadt, bav. Inglståd, Ingoiståd Inglståd, Ingoiståd ) - Almaniyada, Bavariya əyalətində Dunay çayı üzərində şəhər. Əhalisi təqribən 132.000 nəfər (31 Mart 2015). Yuxarı Bavariyada Münhendən sonra ikinci ən böyük şəhərdir. Münhen, Nürnberq, Auqsburq, Vürtzburq və Regensburqdan sonra Bavariyanın altıncı böyük şəhəridir. 1989-cu ildə şəhərin əhalisi 100 min nəfərə çatdı.
İnqolştadt | |
---|---|
Ingolstadt | |
![]() | |
48°45′47″ şm. e. 11°25′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1200 |
İlk məlumat | 806 |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 374 m, 376 m, 368 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | 08424, 0841, 08450, 08458, 08459 |
Poçt indeksi | 85049, 85057, 85051, 85053, 85055 |
Nəqliyyat kodu | IN |
Digər | |
ingolstadt.de | |
Xəritəni göstər/gizlə
| |
![]() |
İlk dəfə İnqolştadt (Ingoldesstadt) adı 6 fevral 806-cı ildə Böyük Karlın oğulları arasında torpaqların bölgüsü haqqında nizamnaməsində qeyd olunur. XIII əsrdə İnqolştadt şəhər statusunu aldı. 1392-1447-ci illərdə Bavariya-İnqolştadt Hersoqluğunun paytaxtı olub.
1472-ci ildə bu şəhərdə Bavariyada ilk universitet quruldu, sonradan bura əks-islahat mərkəzinə çevrildi. Lüterin dini mübahisələrdə əsas rəqibi Yohann Ek bu universitetin rektoru idi. 1776-cı ildə universitetin hüquq fakültəsinin dekanı Adam Vayshaupt İlluminati ordeni təsis etdi. Universitet 1800-cü ildə bağlandı.
23 aprel 1516 -da İnqolştadtda pivə təmizliyi qanunu (Reinheitsgebot) yayıldı. Bu qanuna görə, yalnız üç komponent həqiqi pivədə ola bilər: su, mayaotu və arpa . Bu, dünyanın ən qədim və hələ də qüvvədə olan qida keyfiyyəti qanunudur.[5]
1549-cu ildə yezuitlər şəhərə çağrıldı. İngolştadtdakı mərkəz Almaniyanın cənubundakı bütün yezuitləri idarə edirdi. XVI əsrdən bəri şəhər bölgənin ən böyük qalasına çevrildi.
Gələcək Sovet Marşalı M. Tuxaçevski və Fransanın gələcək Prezidenti Şarl de Qoll Birinci Dünya müharibəsi illərində buradakı hərbi əsir düşərgələrində əsir olublar.
1945-ci ilin yanvar-aprel aylarında İnqolştadt (tarixi mərkəz də daxil olmaqla) müttəfiqlərin mütəmadi bombardmanlarına məruz qaldı.
İngolştadt avtomobil sənayesinin böyük bir mərkəzidir. Burada Audi avtomobil şirkətinin və Media Markt pərakəndə satış şəbəkəsinin qərargahı yerləşir.
2014-cü ildə Ingolstadt Alman şəhərlərinin investisiya cəlbediciliyi reytinqində birinci yeri tutdu.
Şəhərin idman klubları:
Tarix | 1840-12-01 | 1871-12-01 | 1900-12-01 | 1925-06-16 | 1939-05-17 | 1950-09-13 | 1961-06-06 | 1970-05-27 | 1987-05-25 | 2011-05-09 |
Əhali | 13.601 | 18.516 | 29.511 | 35.962 | 43.830 | 54.615 | 69.829 | 85.683 | 96.071 | 124.927 |
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|